Ana səhifə
22 Sentyabr 2018

Regionların gənclərinə dövlət müstəqilliyinin mahiyyəti təbliğ olunub

"Çox təəssüf ki, ali təhsilli gənclərimiz arasında belə dövlət rəmzlərini tanımayanlar var"- Şükran Sədirova

 

 

Şimal və cənub regionlarının gənclərinə dövlət müstəqilliyinin mahiyyəti təbliğ olunub. Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adı layihə başa çatıb. Bu barədə layihə rəhbəri Şükran Sədirova məlumat verib. Onun sözlərinə görə layihənin əsas məqsədi şimal və cənub regionlarında yaşayan gənclər arasında dövlət rəmzlərinin  kütləvi təbliğatını təşkil etmək, gənclərdə bu dəyərlərimizə qarşı hörmət və sevgi hisslərini yüksətləkməkdən ibarət olub: "Millətləri yaşadan, onları daim var edən, tarixin çətin sınaqlarından çıxardıb yaşadan onların köklü dəyərləridir. Bu dəyərlərdə onların keçdikləri döyüş yolları, milli kimlikləri, faciələri, uğurları, sevincləri, qəhrəmanlıqları əks olunur. Toxunulmaz sayılan bu dəyərlər müasir dövrdə bir çox dövlətlərin milli, dövlət rəmzlərində öz əksini tapıb. Müasir dövrdə artıq bu rəmzlər qanunlarla təsbit olunur və qorunur. Bəzi hallarda hətta ali təhsilli gənclərimizin belə dövlət rəmzlərinin hansılar olduğunu, onların dəqiq sayını bilmədiklərinin şahidi oluruq. Çox təəssüf ki, bəzi gənclər himnimizi əzbər bilməyin, gerbimizin özündə nələri cəmləşdirib hansı mənalar ehtiva etdiyin, bayrağımızdakı rənglərin, simvolların nələri ifadə etdiyin bir mənəvi borc olduğunu bilmirlər".
Ş. Sədirova onu da vurğulayıb ki, layihə çərçivəsində şimal və cənub regionlarında yaşayan gənclər arasında 3 istiqamətdə- "əbədi səslən", "daim dalğalan" və "dönməz dəyərlərimiz" başlıqlıları altında mədəni- kütləvi, təbliğat- təşviqat tədbirləri və yarışlar təşkil olunub.

Qeyd edək ki, şimal və cənub regionlarında müxtəlif etnik qruplara məxsus milli azlıqlar üstünlük təşkil etdiyindən layihə bu regionların gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb.

 

 

Emin

Tarix
21 Oktyabr 2014 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin