Ana səhifə
17 Noyabr 2018

Nəqliyyat sektorunda yük daşınması 6,9 faiz artıb

İsmayılda əhali fasiləsiz qaydada elektrik enerjisi ilə təchiz edilir

 

 

 

İsmayıllı rayonunda regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəqliyyat sektorunda ciddi dəyişikliklərə səbəb olub. Nəqliyyat sektorunda yük daşınması 2 milyon 27 min ton olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artıqdır. Rayonun müxtəlif istiqamətlər üzrə sərnişin daşınmasının əhatə dairəsi xeyli genişlənib. “İsmayıllı-Avtonəqliyyat” ATSC tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 34 faiz artıb, 17,6 min manat artıq gəlir əldə olunub. Şəhərdaxili avtobus marşrutunun ümumi uzunluğu 10 km artırılaraq 30 kilometrə çatdırılıb. Gün ərzində avtobuslar şəhərdaxili marşrutlarda 720 kilometrdən artıq məsafə qət edirlər. İsmayıllı-Lahıc marşrutuna əlavə reys təşkil olunub, İsmayıllı-Talıstan marşrutu açılıb. İsmayıllı-Bakı marşrutu üzrə müasir tipli, yüksək komfortlu avtobus xəttə buraxılıb. Şəhər ərazisində 30 ədəd müasir tipli dayanacaqlar quraşdırılıb və təzə taksi avtomobilləri istismara buraxılıb. Bütün bunlar  sərnişinlərin rahatlığına və vaxtında mənzil başına çatmasına xidmət edib. 

İsmayıllı Poçt filialı bir müştəri, bir şəhər və 25 kənd poçt şöbələri vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank- maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 171,2 min manata qarşı 199,7 min manat və ya 116,6 faiz yerinə yetirilib. Bu da əvvəlki illə müqayisədə 30,4 min manat çoxdur. İstismar xərcləri xidmətləri 146 min manat proqnoza qarşı 162 min manat və ya 111 faiz, bank maliyyə xidmətləri 11,4 min manat proqnoza qarşı 36,3 min manat və ya 3,2 dəfə çox yerinə yetirilib. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün Lahıc, Basqal və Tircan poçt şöbələrində elektron sistem quraşdırılıb, bank maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı 16-ya çatdırılıb. İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində yeni poçt binaları tikintisi davam etdirilib.

İl ərzində Rayon Telekommunikasiya Qovşağı 846,6 min manat gəlir əldə edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 125,1 min manat çoxdur.

2014-cü ildə şəhər ərazisində abadlıq işləri ilə əlaqədar 2,3 km yerüstü telefon kabelləri yeraltı kabellərlə əvəz olunub. Şəhər ərazisində 512 nömrəlik yeni elektron ATS qurulub, əlavə qurğular qoymaqla stansiyanın tutumu 544-ə çatdırılıb. Bu stansiyaya 480 nəfər abunəçi, o cümlədən sürətli internetə 192 abunəçi qoşulub.

Abunəçilərin geniş zolaqlı sürətli internetdən istifadə etməsi üçün Xanagah və Qurbanəfəndi kəndlərinin hər birində 48 portluq, Göytəpə kəndində 24 portluq DSLAM avadanlığı quraşdırılmış, İsmayıllı şəhər mərkəzi elektron ATS-ə 123 portluq, Lahıc və Basqal qəsəbələrindəki elektron ATS-lərin hər birinə 48 portluq, Hacıhətəmli, Quşencə, Cülyan, Topçu, Diyallı, Qalınçaq, Ruşan, İvanovka, Tircan, Gəraybəyli kəndlərindəki elektron ATS-lərin hər birinə 24 portluq DSLAM avadanlığı əlavə edilib. İnternetdən istifadə edən abunəçilərin sayı özəl provayderlərlə birgə 788 nəfər artmış, 3202 nəfərə çatıb.

İl ərzində 274 mənzilə yeni telefon xətti çəkilib, 165 abunəçinin isə telefon xətti yenidən bərpa oluub. Rayonda 108 yaşayış məntəqəsindən İsmayıllı şəhəri və 31 kənd təbii qaz yanacağı ilə təmin olunur. İsmayıllı Qaz İstismar Sahəsi 13168 abonentə xidmət göstərir ki, bunun da 13064-ü əhali, 104-ü qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 30,4 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 93,3 faiz ödənilib.

İl ərzində İsmayıllı şəhərində 7475 p/m qaz xətti yenidən quraşdırılmış, 637 p/m korroziyaya uğramış xətt yenisi ilə əvəz olunub, 141 abonentin məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, yeni abonentlər üçün 641 məişət qaz sayğacı qoyulub. 79 köhnə qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunub, 60 müxtəlif ölçülü siyirtmələr quraşdırılıb. 2015-ci ilin ilk günlərindən başlayaraq Basqal qəsəbəsinin qazlaşdırılmasına başlanıb. Növbəti aylarda Xanagah və Qurbanəfəndi kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Bu da deməyə əsas verir ki, 2015-ci ildə bir sıra yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcəkdir. Onu da qeyd etmək lazımdır ki əllidən artıq iri yaşayış məntəqəsinin qazlaşdırılmasına ciddi ehtiyac vardır.

İsmayıllı Elektrik Şəbəkəsi 22768 abonentə xidmət göstərir. Onların da 20938-i əhali, 1826-sı qeyri-əhali abonentidir. 2014-cü ildə İsmayıllı Elektrik Şəbəkəsinə 58 milyon 243 min kilovat-saat elektrik enerji daxil olub, istehlakçılara 52 milyon 456 min kilovat-saat enerji ötürülüb. Ödəniş 3 milyon 107 min manat (98,5 faiz) olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,2 faiz çoxdur.

2014-cü ildə rayonun elektrik təsərrüfatında əsaslı və cari təmir işləri aparılıb. Rayon ərazisində əhalini fasiləsiz qaydada elektrik enerjisi ilə təchiz etmək üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 110 kv.-luq İsmayıllı hava xəttində 3 ədəd yararsız dayaq yenisi ilə əvəz olunub. 35 kv.-luq Basqal hava xəttində zədəli izolyatorlar dəyişdirilib, 5 dayaq əsaslı təmir olunub, xəttin mühafizə zonası ağaclardan təmizlənib. Şəhər ərazisində söküntüdən əldə olunub yararlı dayaqlardan 30 kənddə 10 kv-luq və 0,4 kv-luq elektrik veriliş xətlərində 281 ədəd yararsız dayaq dəyişdirilib və xətlər cari təmir olunub. 70 transformator yarımstansiyasında cari təmir işləri görülüb, transformatorlara 650 kq yağ əlavə olunub.

2014-cü ildə elektrik təsərrüfatının yenidən qurulması davam etdirilib. Şəhərdə 10 kv.-luq xətlərdə 305, 0,4 kv.-luq elektrik veriliş xəttində 1558 dayaq dəmir-beton dayaqla əvəz olunub, 61,5 km. SİP kabel xətti çəkilib, 1601 smart-kart tipli sayğac quraşdırılıb..

Bütün bunlarla yanaşı, rayonun 4 kəndi və şəhər istisna olmaqla elektrik təsərrüfatının yenidən qurulması davam etdirilməlidir. Yaşayış ərazilərinin üstündən keçən yüksək gərginlikli xətlərin yeri dəyişdirilməlidir.

Rayon “Sukanal” İdarəsi 3377 əhali, 167 büdcə və kommersiya abonentinə xidmət göstərir. İl ərzində əhalini fasiləsiz olaraq içməli su ilə təchiz etmək üçün müvafiq tədbirlər görülmüşdür. Hazırda istifadədə olan köhnə su xətlərinin qəzalı hissələri təmir edilib, zərurət yaranan sahələrdə korroziyaya uğramış borular yenisi ilə əvəz olunub. Hesabat dövrü ərzində əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılıb, Xanagah-İsmayıllı, İstisu-İvanovka, şəhərdaxili xətlərdə təmir-bərpa işləri aparılıb. İl ərzində sudan istifadə və kanalizasiya xidmətinə görə abonentlərindən 180 min manatdan çox vəsait əldə edilib. İsmayıllı şəhərində çoxmənzilli yaşayış binasında 876 smart-kart tipli sayğac quraşdırılıb, abonentlər fasiləsiz qaydada su ilə təchiz olunub. Şəhərdə bütün istehlakçılar üçün “Smart” tipli sayğacların quraşdırılması 2015-ci ildə əsas məsələ kimi qarşıda durur.

Milli Su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin tikinti işləri davam etdirilib, tutumu 1500 ton olan sonuncu su anbarında tikinti işləri başa çatdırılıb. “Kolin” şirkəti tərəfindən İsmayıllı şəhərinin su və kanalizasiya sistemində tikinti işləri başa çatdırılmış, çirkab təmizləmə inşaat işlərinə başlanıb.

Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülüb. Pirdinar kəndində məcburi köçkünlərə xidmət edən subartezian quyusuna yeni su nasosu qoyulmuş, müxtəlif ərazilərdə, əsasən su qıtlığı olan kəndlərdə 8 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Bu artezianlardan həm içməli, həm də suvarma suyu kimi istifadə etmək nəzərdə tutulub.

Onu da qeyt etmək lazımdır ki, hələ də bir çox yaşayış məntəqələrinin su problemi öz həllini gözləməkdədir. Müxtəlif daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz həllini tapacaqdır.

Rayonda fəaliyyət göstərən 12 bank və bank olmayan kredit təşkilatları tərəfindən il ərzində 33 milyon 316 min manat kredit verilib. Kreditlərin16 milyon 142 min manatı uzunmüddətli, 17 milyon 174 min manatı qısamüddətli kreditlərdir. Bunun 10 milyon 370 min manatı kənd təsərrüfatı, 5 milyon 196 min manatı ticarət, 649 min manatı təsərrüfatın inkişafı və biznes məqsədlərinə, 5 milyon 475 min manatı digər məqsədlərə, 10 milyon 866 min manatı istehlak krediti olmaqla təmir-tikinti materiallarının alınmasına, 759 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərdir. Banklar istehlak kreditlərinə daha çox üstünlük verirlər. Qeyd etmək lazımdır ki, kreditlərin faizi çox yüksək, 26-28 faiz təşkil edir.

 

Tarix
13 May 2015 [20:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin