Ana səhifə
25 Sentyabr 2018

Azərbaycan stendi Londonda maraqla qarşılanıb FOTO

Sərgini ziyarət edən Şahzadə Aleksandra Azərbaycan stendini maraqla qarşılayıb

 

 

Londonda Şahzadə Aleksandranın himayəsi altında Birləşmiş Krallığın Beynəlxalq Uşaqları Qoruma və Ailələri Birləşdirmə Xeyriyyə Cəmiyyəti (CFAB) tərəfindən 56-cı beynəlxalq yaz sərgisi və qida festivalı keçirilib.

 

Tədbirdə yüzə yaxın ölkənin Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Sərgidə Azərbaycanı Böyük Britaniyadakı səfirliyimiz təmsil edib.

 

Azərbaycan üçün ayrılan stenddə milli geyim nümunələrimiz, ölkəmizin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən suvenirlər, həmçinin xalça, kəlağayı nümayiş olunub. Stendimizdə “Baku-2015” Birinci Avropa Oyunlarının təbliği məqsədilə suvenirlər, jurnal və broşürlər yerləşdirlib.

 

Sərgini ziyarət edən Şahzadə Aleksandra Azərbaycan stendini maraqla qarşılayıb. Kraliça sülaləsinin nümayəndəsinə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi adından hədiyyə təqdim edilib.

 

Xeyriyyə tədbirindən əldə olunan vəsait ailə üzvlərindən ayrılan, miqrasiya, insan alveri və oğurlanma səbəbdən müdafiə oluna bilməyən şəxslərə kömək məqsədilə istifadə ediləcəkdir.

Tarix
13 May 2015 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin