Ana səhifə
22 Sentyabr 2018

Dünya dəmiryolçuları Bakıda toplaşıb

Ucnoqta.azxəbər verir ki, Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası işə başlayıb. Tədbirin gündəliyinə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər daxildir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ölkəmizin polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar və perspektivlər barədə ətraflı məlumat verdi. AzərTAc-ın məlumatına görə, Nazir, həmçinin Şimal-Cənub, Şərq-Qərb və Bakı-Tbilisi-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də bəhs etdi.
Sonra “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin məruzəsi dinlənildi.
Azərbaycan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Moldova, Bolqarıstan, Finlandiya və Estoniya dəmiryolçularının qatıldığı iclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirilir.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası işini oktyabrın 22-də yekunlaşdıracaq. İclasın sonunda müvafiq protokolun imzalanması gözlənilir.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvüdür.

Tarix
21 Oktyabr 2014 [20:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin