Ana səhifə
21 Noyabr 2018

"Daha çox yükdaşımalara şərait yarandı" - ZİYA MƏMMƏDOV

Xəbər verdiyimiz kimi, bu gün Bakıda MDB və Baltikyanı Ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci toplantısı keçirilir. “Ucnoqta.azhafta.az-a istinadən xəbər verir ki, tədbirdə nəqliyyat naziri Ziya Məmmədov da iştirak edir. Nazır çıxışında bunları bildirib:

“Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrinin Dəmiryolu Şurasının özünəməxsus yeri var. Şuranın fəaliyyəti sayəsində ölkələrin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Yük və sərnişin daşınmalarının fasiləsiz təmin olunmasına infrastrukturun və hərəkət tərkiblərinin yerləşməsinə razılaşdırılmış beynəlxalq siyasətin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunub. Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir. Yalnız ölkə miqyasında deyil, eləcə də region üçün önəmli layihələr həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarəti limanı və "Bakı-Tiflis-Qars" dəmiryolu xəttinin inşası qəbul olunmuş dövlət proqramı çərçivəsində davam edir. Azərbaycanın dəmir yolları infrastrukturunun yenidən qurulması və digər tədbirlər, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində daha çox yükdaşımalara şərait yaradır. Ümid edirəm ki, iclas zamanı qəbul olunan məsələlərlə bağlı apardığınız müzakirələr fəaliyyətimizin səmərəliliyinin artmasına xidmət edəcək”.

 

Tarix
21 Oktyabr 2014 [11:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin