Ana səhifə
14 Noyabr 2018

Amerikada azərbaycanlı aktyorun film premyerası keçirilib - FOTO

Ata məni bağışla” filmində müharibə şəraitində yaşayan insanların həyatından bəhs olunur

 

 

 

Mayın 9-u ABŞ-ın San Fransisko şəhərində gənc azərbaycanli aktyor - Fariz İsmayilovun baş rolda çəkildiyi “Ata məni bağışla” (“Forgive Me Father") filminin qala-təqdimatı keçirilib. Ssenari müəllifi və rejissyoru Gloria A. Downey olan filmin əsas rollarını Fariz İsmayilovla yanaşı Toby Denver Clark və Andrea Walker ifa ediblər.

Dram janrında çəkimiş “The Glorious G production” və “VXIII productions” şirkətlərinin istehsalı kimi təqdim edilən “Ata məni bağışla” filmində müharibə şəraitində yaşayan insanların həyatından bəhs olunur. Qarşıdurmaların törətdiyi bir sıra ağır fəsadları göstərən film "İnsanlıq hələ ölməyib" ideyası əsasında qurulub.

Filmin devizi  - "Müharibə. İnsanlığı. Öldürür." ("War. Kills. Humanity.") seçilib.

Premyerada bir sıra tanınmış aktyor və digər sənət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, qısametrajlı “5150 telefilmləri” (2014) və “Honq-Konq kafesində bir gecə” (2015) adlı filmlərin yaradıcılarından biri olan Fariz İsmayilov aktyorluq sənəti ilə yanaşı rejisyor və produser kimi də fəaliyyət göstərir.

 

 

 

Fidan

Tarix
12 May 2015 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin