Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanda Ebola təhlükəsi

Təhlükəli Ebola barədə həyəcanlı xəbərlər Türkiyədən gəldi.

 

Ucnoqta.az xəbər evrir ki, Türkiyədə Həccdən qayıdanlardan daha biri ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb. Ümumiyyətlə, qonşu ölkədə Həccdən qayıdanların 2 həftə müddətinə nəzarətə götürülməsi qərara alınıb. Məhz bu, Azərbaycanda 4 mindən çox adamın müayinəsi məsələsini gündəmə gətirib! Onların ebola daşıyıcısı olub-olmadığı yoxlanılıbmı? Nəzərə alsaq ki, Ebolanın yayıldığı Afrika ölkələrinə kvota ayırılmamasına baxmayaraq, Məkkədə həmin vaxt kifayət qədər qaçaq yolla keçən afrikalı olduğundan mövzuya qayıtmaq zərurəti ortaya çıxır.

 

Həcc ziyarətindən qayıdan Türkiyəli zəvvarlarda bu virusun aşkarlanmasi ebolanin yüz minlərlə insana keçməsi ilə bağli şübhələri artırır. Çünki minlərlə zəvvar ebola daşıyıcısı ehtimalı olan həmin türkiyəli zəvvarlarla birlikdə bütün əməlləri yerinə yetiriblər. Bu isə xəstəliyin zəncirvarı yayılması riskini artırır.

 

Nəzərə alsaq ki, bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə 4000-dən artıq azərbaycanlı zəvvar da yollanmışdı. Əslində Məkkə və Mədinədə olduğum zaman ebola virusunun çox asanlıqla yayıla biləcəyinin şahidi olmuşdum. Sıx insanlar, istədin-istəmədin hansısa virus daşıyıcısı olan biriylə ünsiyyət bu virusa yoluxmaq üçün necə deyərlər münbit şərait yaradırdı. Səhiyyə nazirliyindən isə bildirirlər ki, heç bir narahatlığa əsas yoxdur. Çünki bir neçə gün əvvəl Həcc ziyarətindən vətənə qayıdan azərbaycanlı zəvvarlar arasında ebola virusu ilə bağlı müraciət edənlər olmayıb. Nazirlikdən həm də onu bildirdilər ki, qonşu ölkələrdə ebola həyəcanı yaşanmasına və həmin ölkələrin səhiyyə strukturlarının bu səbəbdən xüsusi iş rejimində çalışmasına baxmayaraq onlar adi iş rejimində fəaliyyətlərini davam etdirirlər. Amma əgər Azərbaycanda da ebola virusunun daşıyıcı aşkar edilərsə, bunun üçün xüsusi həkim briqadası hazırlanıb. Və həmin virus daşıyıcısı da onlar tərəfindən nəzarətə götürüləcək.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, bunun üçün xəstəxanalarda xüsusi bölmələr yaradılıb.

 

Ebola virusunun ilkin göstəricilərinə gəlincə, Taun Əleyhinə stansiyanın laboratoriya müdiri Musa Cahanov bildirdi ki, ebolaya yoluxmuş xəstələrdə izhal, qusma, səpkilər və xarici-daxili qanaxmalar, yəni mədə, burun, ağız, dodaqdan qanaxma halları müşahidə edilir. Bundan başqa böyrəkdə və ciyərdə pozuntular əmələ gəlir.

 

Xəstəliyin təmas və qan yolu ilə keçməsi mümkündür. Bundan başqa ebola virusu özünü 2 və ya 21 gündən sonrada biruzə verə bilər. Gizlin dövrdə isə bu virusun hər hansısa göstəricisi olmur və yoluxmuş şəxs heç kimi bu virusa yoluxdura bilməz.

 

Siz də sadaladığımız simptomların hər hansısa birini özünüzüdə hiss edirsinizsə, həm hər etimala qarşı, həm də tam əmin olmanız üçün klinikalara müraciət edin və analizlər verin.

 

Azərbaycanlı zəvvarlar arasında heç kim bu virusla bağlı xüsusi nəzarətə götürülməsədə, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan Bakıya geri dönən Syerra-Leone millisinin üzvü Julius Vobay karantina alınıb. Hazırda "Neftçi" futbol klubunun tərkibində oynayan futbolçuda ebola aşkarlanmasa da o, həkimlərin ciddi nəzarəti altındadır. Vobayın millidəki komanda yoldaşı Con Kamara isə Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Ona 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib. Qeyd edim ki, Syerra Leone ebola virusun ən çox yayıldığı ölkələrdən biridir (ans).

 

Tarix
21 Oktyabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin