Ana səhifə
24 Sentyabr 2018

Markesin o əsəri tapıldı

Kolumbiya polisi Qabriel Qarsiya Markesin ötən həftə paytaxt Boqotada nümayiş olunduğu Beynəlxalq Kitab Sərgisindən oğurlanan “Yüz ilin tənhalığı” romanının imzalı ilk nəşrini bir bukinist dükanında tapıb. Kulisin türk mətbuatına istinadən verdiyi xəbərə görə polis Boqotada qədim kitablar satılan yerlərdə cümə günü aparılan axtarış zamanı tapılan kitabı əntik əşya tacirlərinin oğurladığını düşünür.

 

 

 

Qiyməti 60 min dollar olduğu açıqlanan kitab Corferias Sərgi Mərkəzində bağlı bir rəfdə sərgilənirdi. 1967-ci ildə Argentinadakı “Sudamericana” adlı nəşriyyat tərəfindən 8 min nüsxədə çap olunan kitabı qiymətli edən yazarın imzasıdır.

 

Markesin kitabı “Köhnə kitablar satan Alvaro Castilloya. Keçmişdən sonsuzadək hər vaxt dostun olaraq qalacaq Qabo” deyə imzaladığını deyən Castillo, romanı 2006-cı ildə Uruqvayın paytaxtı Montevideodakı bir bukinistdən aldığını bildirmişdi. 

 

Latın Amerikasının ən önəmli kitab sərgilərindən biri olaraq qəbul edilən Boqota Kitab Sərgisi, bu il Markesə və “Yüz ilin tənhalığı” romanının bəhs etdiyi xəyali Makondo şəhərinə həsr edilib.

Tarix
11 May 2015 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin