Ana səhifə
20 Noyabr 2018

Zəlimxan Yaqubdan “Dünya çiçək, insan oğlu arıdı”

Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb.

 

 

 

Ucnoqta.az-ın xəbərinə görə, “Dünya çiçək, insan oğlu arıdı” adlanan kitabda şairin son iki ildə yazdığı və indiydək çap olunmuş şeirləri ilə yanaşı  “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.

 

“Şərq-qərb” nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.

 

Xatırladaq ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

 

 

Rəqsanə

Tarix
11 May 2015 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin