Ana səhifə
19 Noyabr 2018

Gəncədə toydan qayıdan ailə qəzaya düşdü- 1 ölü, 2 yaralı

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. 
 

 

Ucnoqta.azın APA-ya istinadən məlumatına görə qəza, şəhərin Nizami prospektində, Bayraq meydanının yaxınlığında baş verib. Göygöl rayon sakini 26 yaşlı Emil Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə, 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. 

Qəza nəticəsində “Niva”nın sürücüsü Emil Məmmədov, onun anası Həqiqət Ələsgərova və qohumları Nahidə Hüseynova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Nahidə Hüseynova xəstəxanada dünyasını dəyişib. Məlumata görə, “Niva”-da olanlar toydan gəlirmişlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Tarix
21 Oktyabr 2014 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin