Ana səhifə
17 Noyabr 2018

(R) “Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladı

Tərəflər arasında ikiillik korporativ xidmət razılaşması imzalandı

 

“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.

Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı.  

Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.     

Tarix
3 Oktyabr 2014 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin