Ana səhifə
18 Noyabr 2018

"Total"ın Prezidenti Rusiyada öldü

Fransanın neft nəhəngi Total şirkətinin prezidenti Kristof De Margerinin təyyarəsi Moskva aeroportunda qəzaya uğrayıb, şirkət prezidenti həlak olub. Təyyarə bu gecə Vnukovo aeroportundan qalxarkən qartəmizləyən maşınla toqquşub.

Ucnoqta.az xəbər verir ki, şirkət oktyabrın 21-də veb-saytında yerləşdirdiyi məlumatda xəbəri təsdiqləyib.

Aeroport rəsmiləri isə Rusiyanın Tass agentliyinə bildirib ki, hadisə gecəyarısı baş verib. Təyyarədəki 3 Fransa vətəndaşı olan  ekipaj üzvü də həlak olub. Fransaya uçmalı olan biznes təyyarəsi qatı dumanda havaya qalxarkən qartəmizləyənlə toqquşub.

De Margerinin adı oktyabrın 21-də Qorkidə xarici sərmayələrə dair Rusiya hökumətinin iclasına qatılanların siyahısında idi.

 

Tarix
21 Oktyabr 2014 [10:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin