Polis əməliyyat keçirdi: İran vətəndaşı həbs edildi

16:26 - 1 Aprel 2023 - HADİSƏ

Polis narkotik vasitələrin təsiri altında avtobus idarə edən İran vətəndaşını həbs edib

Ucnoqta.az xəbər verir ki, Naxçıvan ŞPİ-nin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Xəbər xətti