Hacıqabulda maşın dirəyə çırpılıb, xəsarət alan var

17:06 - 31 Mart 2023 - HADİSƏ

Hacıqabulda yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Reno” markalı avtomobil idarəetməni itirərək dirəyə çırpılıb. Nəticədə sürücü, Yevlax sakini, 1996-cı il təvəllüdlü Abdullazadə Məqsəd Etibar oğlu ağır xəsarət alıb. Xəsarət alan şəxs Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti