Azərbaycanda deputata sui-qəsd - DİN açıqlama yaydı

22:37 - 28 Mart 2023 - HADİSƏ

Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma mərzu qalan millət vəkili Fazil Mustafaya avtomat silahdan çoxsaylı atəş açılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Çiyin nahiyəsindən və ayağından güllə yarası alan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.

DİN mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat istintaq qrupu hadisə yerindədir, hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Xəbər xətti