Kəlbəcərdə traktor aşıb, sürücü xəsarət alıb

19:54 - 28 Mart 2023 - HADİSƏ

Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti