İrandan Azərbaycana gətirilən 5 ton bibərdə virus aşkarlanıb

16:53 - 28 Mart 2023 - Xəbər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.

Xəbər xətti