ABŞ Bəşər Əsədin iki əmisi oğluna sanksiya tətbiq edib

16:21 - 28 Mart 2023 - DÜNYA

Bəşər Əsədin iki əmisi oğluna sanksiya tətbiq edilib

Ucnoqta.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Suriya prezidenti Bəşər Əsədin iki əmisi oğlu da daxil olmaqla altı şəxsə və iki Livan şirkətinə sanksiya tətbiq edib. İdarədən verilən açıqlamada məhdudiyyətlər tətbiq edilən şəxslərin narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilir.

Bundan əlavə, dövlət başçısının qardaşı Maher Əsədlə yaxından əlaqəsi olan iş adamı Xalid Kaddur da sanksiyalara məruz qalıb.

Xəbər xətti