Fransanın hərəkətləri NATO-da müttəfiqlik ruhuna ziddir - Türkiyə MN

15:18 - 28 Mart 2023 - DÜNYA

Türkiyə Müdafiə Nazirliyi qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin Fransa Senatına (parlamentin yuxarı palatası) dəvət edilməsini pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Fransa tərəfinin hərəkətləri NATO daxilində müttəfiqlik ruhuna, eləcə də terrorizmlə mübarizədə atılan addımlara ziddir. Bu cür addımlardan asılı olmayaraq, Türkiyə terrorizmin hər hansı təzahürləri ilə mübarizədə aramsız addımlarını davam etdirəcək”, - nazirlik vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyi qeyd edib ki, “terrorçuları dəvət etmək” bu Avropa ölkəsinin parlamentinə hörmətə kölgə salır.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Fransanın Ankaradakı səfiri Herve Maqronun Fransa Senatında Ankaranın terrorçu hesab etdiyi kürd birləşmələrinin üzvlərinə verilən mükafatlara görə Türkiyə nazirliyinə çağırıldığını bildirib.

Xəbər xətti