Suriya İdlibdə terrorçuların bazalarına zərbələr endirib

12:11 - 28 Mart 2023 - DÜNYA

Suriya ordusunun artilleriyası İdlib əyalətinin şimalındakı Maaret ən-Naasan bölgəsində silahlıların mövqelərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb. Məlumata görə, zərbələr Cəbhət ən-Nusra ekstremist qruplaşmasının forpostu kimi xidmət edən Cəbəl əz-Zəviyyə dağlıq ərazisinə də endirilib. Terrorçular tərəfdən ölən və yaralananlar var.

Qeyd edək ki, silahlılar bazar ertəsi Hələbin qərbində hökumət qüvvələrinin himayəsində olan yaşayış məntəqələrini minaatanlardan atəşə tutaraq, şimal deeskalasiya zonasında atəşkəs rejimini pozub.

Xəbər xətti