Mərkəzi Bank sabah manatla bağlı qərar verəcək

12:05 - 28 Mart 2023 - İQTİSADİYYAT

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir.Yəni, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Xəbər xətti