Zelenski Polşaya səfər edəcək

12:01 - 28 Mart 2023 - DÜNYA

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Varşavaya səfər edə biləcəyini deyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, Wnet radiosuna məlumat verib.

Yablonski əlavə edib ki, səfərə hazırlıq gizli şəkildə aparılacaq. Səfər təhlükəsizlik səbəbi ilə əvvəlcədən elan edilməyəcək.

"Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək, amma tələsməyək", - diplomat vurğulayıb.

Xəbər xətti