Abşeronda ağır qəza - 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb - Foto

10:31 - 28 Mart 2023 - HADİSƏ

Abşeron rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Məlumata görə, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti