Bu qidalar oruc tutarkən baş ağrılarına səbəb ola bilər

09:47 - 28 Mart 2023 - Cəmiyyət

Baş ağrısı ən çox görülən xəstəliklərdən biridir. Xüsusilə miqren tutması olan insanlar gün ərzində dözülməz başağrıları yaşayırlar. Tez-tez baş ağrıları keçirənlərlə yanaşı, Ramazan ayında oruc tutanlar da yüngül və ya şiddətli baş ağrıları yaşaya bilərlər. Hər gün istehlak etdiyiniz məhsulların baş ağrısına səbəb olduğunu bilirdinizmi?

Ucnoqta.az "Unikal"a istinadən baş ağrısını artıran qidaları təqdim edir: 

Baş ağrısının səbəblərindən biri kimyəvi və işlənmiş qidalardır.

Kimyəvi maddələrə nitratlar/nitritlər, feniletilamin, sulfitlər, taninlər, tiramin, salisilatlar, aspartat, əlavə edilmiş şəkər, kofein, qlüten, qlutamat və kapsaisin daxildir. 

Amerika Miqren Fondunun araşdırmasının nəticələrinə görə, şokolad miqren tutmasını artıran qidalardan biridir. Şokolad həm kofein, həm də beta-feniletilamin ehtiva edir ki, bu da bəzi insanlarda baş ağrılarına səbəb ola bilər.

Gündəlik istehlak etdiyimiz bir çox qidanın tərkibində olan Çin duzu miqren və baş ağrısı problemini artırır. Çin duzu bir çox qidada əlavə olaraq tapılır. 

Dondurulmuş qidalar, dondurma və buzlu içkilər başda şiddətli ağrılara səbəb ola bilər. 

Kofeinli içkilər, o cümlədən qəhvə, çay və kola baş ağrısını artıran içkilər arasındadır. Mütəxəssislər az miqdarda kofeinin miqren əlamətlərinə fayda verdiyini ifadə edərkən, kofeinin miqdarı düzgün tənzimlənmədikdə bir müddət sonra baş ağrılarına səbəb olacağını söyləyirlər.

Şarküteri ətləri, vetçina, sosislər və kolbasalarda rəng və ləzzəti qoruyan nitratlar adlanan konservantlar var. Bu qidalar qana azot oksidi buraxa bilər ki, bu da beyindəki qan damarlarını genişləndirir. Mütəxəssislər bunun baş ağrılarına səbəb olduğunu deyirlər.

Xəbər xətti