Ana səhifə
22 Oktyabr 2018

“Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı olub- FOTO

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatını keçirib.

 

 

 

 

Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, dini konfessiyaların rəhbərləri və təmsilçiləri, dini icmalar, Dinşünaslıq komissiyasının üzvləri, "Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz" mövzusunda keçirilmiş məqalə müsabiqəsinin münsiflər heyəti, müsabiqənin qalibləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Komitənin sədri Mübariz Qurbanlı açaraq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə bütün konfessiyalara eyni səviyyədə münasibət Ümummilli Liderin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Tolerantlıq siyasətinin ən bariz nümunələrindən biri də odur ki, milli-mənəvi dəyərlərlə bağlı keçirilən tədbirlərdə bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər. Konfessiyalar, xüsusilə ermənilərin Azərbaycana qarşı apardığı çirkin təbliğatların qarşısının alınmasında Azərbaycanın mövqeyini müdafiə edirlər.

Komitə sədri diqqətə çatdırıb ki, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği çox önəmlidir. Çünki Heydər Əliyev tarixi şəxsiyyət və tarixi yaradan şəxsiyyətdir. “Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri və təbrikləri yer alıb.

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Bakı şəhəri Dağ Yahudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasiyasının katibi Elnur Əfəndiyev, Avropa Yahudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb və nəşrin əhəmiyyətini vurğulayıblar.

Sonda DQİDK-nın dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev siyasəti və milli mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə, Bərdə Cümə məscidinin axundu Ramazan Hüseynov və  Oğuz  şəhər “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilov birinci yer, "Cərcis peyğəmbər" ziyarətgahı dini icmasından Mirsəccad İmranov və Tovuz cümə məscidi dini icmasından Mətləb Abbasov ikinci yer, Hacıqabul rayon Abdulabad kənd”Cümə məscidi” dini icmasının sədri və Goranboy rayon Səfikürd kənd məscidi dini icmasının sədri Elnur Cəfərov üçüncü yer, Biləsuvar rayonu Nərimankənd kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Meyxoş Mirişov, Füzuli rayon Horadiz şəhər Əhli-beyt məscidinin axundu Nəriman Nəsirov və Zaqatala rayonu Çobankol kənd məscidi dini icmasının sədri  Məhəmməd Nurullayev isə həvəsləndirici mükafatlarla təltif ediliblər.

 

 

Elmin

Tarix
8 May 2015 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin