Ana səhifə
25 Sentyabr 2018

QHT rəhbərinin “Lexus”u yandı- Bakıda+FOTOLAR

Bakının Səbail rayonunda avtomobil yanıb.

 

 

Ucnoqta.az” APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. “Lexus” markalı  10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan  2 nəfərə heç  xəsarət dəyməyib.  Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin  texnikası  və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

 

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.

Tarix
21 Oktyabr 2014 [07:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin