"Sevənlərim üçün yay sürprizi gəlir" - Ramazan Budak

16:45 - 24 Mart 2023 - MAQAZİN

Hər zaman müsahibələrimdə qarşı tərəfə diqqət yetirirəm. Müsahibimin istedadlı olması mənə xüsusi zövq verir. Bu dəfəki müsahibim Türkiyənin gənc və istedadlı müğənnisi Ramazan Budakdır.

Ramazan bəy, çox sadə, səmimi və olduqca istedadlı sənətçidir. Türkiyəli müğənni Ramazan Budakın Ucnoqta.az-a müsahibəsini təqdim edirik:

- Ramazan bəy, necə oldu ki,bu sahəni seçdiniz?
- Musiqi mənim həyat fəlsəfəmdir. Müğənniliyə təkcə sənətim kimi baxmıram. Oxuduğum mahnılarda ağrımı və sevincimi hiss edirəm.

- Ən çox hansı mahnınız ilə sevildiniz?
- Oxuduğum bütün mahnılarla

- Fikrimcə “Dağlar Duman” adlı ifanızla daha da yadda qaldınız
- Bunu fanatlarım daha yaxşı bilər (gülür)

- Siz hər zaman səmimi və sadə insan kimi tanınırsınız. Bu, “Dağlar Duman”ın təqdimatında daha da nəzərə çarpan idi.
- Düşünürəm ki, insan sənətindən asılı olmayaraq həmişə sadə olmalıdır. Mən də çalışıram ki, sadəliyimi qoruyum. Kənardan necə görürsünüzsə eləyəm. Daha çox sənətimə fokuslanıram, yeni layihələr üzərində işləyirəm.

- “Dağlar Duman” mahnısının sözləri və rejissorluğu kimə məxsus idi?
- Mahnının söz və musiqisi Yusuf Tomakinə məxsusdur. Klipin rejissoru isə Ahmet Mücahitdir. Buradan hər ikisinə də təşəkkür edirəm.

- Klipin ən çox bəyənilən hissəsi hansıdır?
- Klipdə mənim şəxsi həyatımdan bəhs edən bölümlər var. Düşünürəm ki, bu hissə daha da yaddaqalan olar.

- Yay ayları üçün nələr düşünmüsünüz?
- Hələlik açıqlamaq istəmədiyim layihələrin üzərində çalışıram (gülür)

- Yəni sizi sevənlər üçün trend klip və ya mahnılar olacaq?
- Söz qopardmasanız əl çəkən deyilsiniz (gülür)

- Son olaraq nə demək istərdiniz?
- İzləyicilərimə təşəkkür edirəm ki, hər zaman yanımdadırlar, dəstək olurlar. Başqa nə deyə bilərəm ki?

- Ucnoqta.az olaraq müsahibə üçün sizə təşəkkürümüzü bildiririk
- Mən təşəkkür edirəm. Çox sağ olun
- Buyurun

Aytac

Xəbər xətti