"Haqqımı onlara halal etmirəm" - Tanınmış aparıcıdan SƏRT SÖZLƏR

09:52 - 24 Mart 2023 - HADİSƏ

Ötən gün tanınmış prodüser Oqtay Əliyevin ölümü hər kəsi, eləcə də sənət dostlarını məyus etdi. Onun ölümü sosial şəbəkələrdə də müzakirə olunmağa davam edir.

Ucnoqta.az xəbər verir ki, tanınmış aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etirazını bildirib:

“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”.


Xəbər xətti