İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb

11:46 - 23 Mart 2023 - ÖLKƏ İÇİ

İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qəbələ rayonunda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 17-19° isti olacaq.

Şəki rayonunda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.

İsmayıllı rayonunda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 15-18° isti olacaq.

Şahdağda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq.

Lənkəran rayonunda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 17-19° isti olacaq.

Xəbər xətti