Ermənistanın növbəti yalanları: "Əsir götürülən erməni, yaralı iki rus hərbiçi ..."

12:45 - 22 Mart 2023 - Xəbər

Ötən gecə Ermənistan Müdafiə Nazirliyinə Ermənistan Silahlı Qüvvələrinin hərbçisinin döyüş postuna ərzaq apararkən dumanda itməsi və Azərbaycan tərəfinin nəzarətində olan əraziyə düşməsi barədə məlumat daxil olub.

Həmin gün axşam saatlarında, bir müddət sonra Ermənistanın bir sıra TG kanalları və KİV-ləri rus hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə danışıqlara getməsi, lakin Azərbaycan tərəfinin atəşinə məruz qalması və baş nahiyəsindən güllə yaraları alması barədə məlumat yayıb. Erməni həkimlərin həyatları üçün mübarizə apardıqları və onlardan birinin öldüyü barədə də xəbərlər yayılıb.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi martın 22-də məlumat verib ki, axtarış-xilasetmə əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin yerdə itmiş hərbi qulluqçusu tapılıb və onun həyatına heç bir təhlükə yoxdur. 

Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Həmçinin, digər xəbərdə martın 21-də axşam saatlarında iki rus hərbçisi başından yüngül xəsarətlərlə (atəş yox) tibb mərkəzinə müraciət edib. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib və dərhal xəstəxanadan buraxılıblar.

Xəbər xətti