Ana səhifə
22 Sentyabr 2018

İsmayıllı rayonunda məhsul istehsalında özəl sektorunun payı artır

2014-cü ildə ümumi məhsulun 85,1 faizi qeyri-dövlət sektorunun payına düşüb

 

 

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunları İsmayıllı rayonunda uğurla başa çatıb. 2014-ci ildə İsmayıllı rayonunda ümumi məhsul buraxılışı 175 milyon 49 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 25 milyon 359 min manat çoxdur. Bütün sahələr üzrə artım əldə olunub. Artım sənaye üzrə 2,3 faiz, kənd təsərrüfatı üzrə 2,7 faiz, tikinti üzrə 48 faiz, nəqliyyat üzrə 3,8 faiz, rabitə üzrə 10 faiz və ticarət üzrə 15,8 faiz təşkil edib. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı getdikcə artır. Belə ki, 2014-cü ildə ümumi məhsulun 148 milyon 913 min manatı və ya 85,1 faizi qeyri-dövlət sektorunun payına düşür.

Əsas kapitala investisiya qoyuluşu 57 milyon 651 min 800 manat və ya 2013-cü illə müqayisədə 19 milyon 386 min 500 manat çox olub. 45 milyon 178 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2013-cü illə müqayisədə 25 milyon 348 min manat və ya təqribən 2,3 dəfə çoxdur. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə 2013-cü ilin fevral ayının 13-də rayonun Təzəkənd və dekabr ayının 11-də Qalınçaq kəndində sahibkarlığa kömək Milli Fondun xətti ilə kredit yarmarkası keçirilib. Ümumilikdə il ərzində 86 nəfər sahibkara 1,8 milyon manat güzəştli şərtlərlə kredit verilib. Bunun nəticəsi olaraq 271 nəfər işlə təmin edilib. Hesabat dövründə rayonda fəaliyyət göstərən 2 quşçuluq fabriki istehsalı100 tondan çox artırıb, 2 üzüm emalı müəssisəsi 1500 ton üzüm emal edib..

Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin imkanlarının Yerli İnnovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihəsi çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılıb, “Fermer mağazası” tikilmiş, tərəvəz məhsullarının istehsalı və satışına başlanıb.

Rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına da meyl güclənib, “Arıçılar” birliyi yaradılıb. Rayonda 6 minə yaxın arı ailəsi mövcuddur. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilib.

Rayonda xalçaçılıqla məşğul olan sahibkarlar istehsal olunan məhsul üçün bazarın müəyyənləşdirilməsi istiqamətində səmərəli iş görürlər. İş adamı tərəfindən şəhərdə əsaslı yenidənqurmadan sonra Kərpic zavodu və Əhəng sexinin fəaliyyəti bərpa olunub. .

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2014-cü ildə istehsal olunmuş ümumi məhsulun 41,7 faizi bu sahənin, istehsal olunmuş 72,9 milyon manat məbləğində ümumi məhsulun 37 milyon manatı bitkiçiliyin, 35,9 milyon manatı heyvandarlıq sahəsinin payına düşüb. Ölkədə bu sahənin inkişafına daha çox diqqət verilir və cənab Prezident tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 28849 hektara taxıl səpilib ki, bunun da 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edib. Rayon üzrə məhsul istehsalı keçən illə müqayisədə 2726 ton artırılaraq 83620 tona çatdırılıb, məhsuldarlıq 28,1 sentner təşkil edib. 2014-cü ildə 3257 hektar sahədə yazlıq bitkilər əkilib. Yazlıq bitkilərdən 7490 ton tərəvəz, 6576 ton kartof, 948 ton yemlik paxla, 285 ton lobya, 260 ton qarğıdalı, 130 ton günəbaxan və digər məhsullar istehsal edilib. Əvvəlki illə müqayisədə kartof istehsalı 128 ton, tərəvəz istehsalı isə 70 ton çox olub. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 28926 hektar əkin sahəsinə görə 1 milyon 157 min 44 manat yardım verilib. Dekabr ayında isə 5260 nəfər istehsalçıya becərdikləri 17271 hektar buğda sahəsinə görə 690 min 879 manat yardımın verilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilib.

Rayonda əvvəlki illə müqayisədə bir işçiyə düşən orta aylıq əmək haqqı 7,7 faiz artaraq 260 manata çatıüb. Əmək haqqının artım faizi ölkə üzrə orta göstəricidən 3,5 faiz yüksəkdir.

Hesabat ilində rayon Aqroservis filialına “Aqrolizinq” ASC-nin xətti ilə 12 yeni kombayn verilib, eləcə də rayon sakinləri lizinq krediti yolu ilə 28 yeni traktor, 28 kotan və 2 taxılbiçən kombayn alıblar. “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 2 min tondan artıq mineral gübrələr satılıb.

Üzümçülük rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir və hazırda rayon üzrə 934 hektar üzüm bağı var. 2014-cü ildə 87 ha yeni üzüm bağı salınmış, bağlardan 2791 ton məhsul yığılıb. Digər mühüm sahə olan bağçılığın inkişafı ilə əlaqədar Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınıb və rayon üzrə meyvə bağlarının sahəsi 1158 hektara çatdırılıb. Keçən il bağlardan 8138 ton məhsul yığılmışdır ki, bu da əvvəlki il səviyyəsindən 108 ton çoxdur.

Rayonda 01 yanvar 2015-ci il tarixə rayon üzrə 51430 baş iri buynuzlu, (ondan 23976 baş inək), 179604 baş xırda buynuzlu heyvan var. İl ərzində rayon üzrə 5246 ton diri çəkidə ət, 34118 ton süd, 9 milyon 51 min ədəd yumurta, 390 ton yun istehsal olunub. Beləliklə, əvvəlki illə müqayisədə rayon üzrə 29 ton ət, 52 ton süd, 144 min ədəd yumurta və 2 ton yun istehsalı artıb.

Rayon Baytarlıq İdarəsi rayonda epizodik vəziyyətin sağlam saxlanması ilə əlaqədar dabaq, qara-yara, brusellyoz və digər xəstəliklərə qarşı vaksinasiya tədbirləri həyata keçirib, baş verən xəstəliklərin müalicəsi istiqamətində müvafiq tədbirlər aparıb. 2014-cü ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizodik cəhətdən sağlam olub.

Novruz və Yeni il bayramı münasibətilə 08-20 mart tarixlərində şəhərin 4 yerində, eləcə də rayonun 30 iri kəndində, 26-30 dekabr tarixlərdə İsmayıllı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilib. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə taxıl, ət, süd, quşçuluq məhsulları, meyvə, tərəvəz, bal və s. məhsullar satılıb.

Rayonda aqrar sahənin dinamik inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun, Bakı Biznes Mərkəzinin, İqtisadiyyat, Sənaye və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirələr keçirilib, maarifləndirmə tədbirləri həyata keçirilib.

Kənd təsərrüfatı təyinatlı torpaqların su təminatının 200 ha. əkinaltı torpaq sahəsində meliorativ tədbirlər həyata keçirilib, Qubaxəlilli, Hacıhətəmli, Kürdmaşı, Kəlbənd, Talış, Göytəpə, Talıstan və Cülyan kəndlərinin hər birində bir ədəd olmaqla subartezian quyuları qazılaraq istismara hazır vəziyyətə gətirilib. Bundan əlavə, ötən ilin dekabr ayında Quşencə, Balik, Enişdibi, Qubaxəlilli, Gideyli, Topçu, Ağbulaq və Qoşakənd kəndlərində qazılacaq subartezian quyularının yeri müəyyən edilmiş və müvafiq sənədlər hazırlanır.

Dağ çaylarında yaranan sel sularının qarşısını almaq üçün 446 min kubmetr buldozer, 248 min kubmetr ekskavator işi görülüb. Göyçay-İsmayıllı magistral beton kanalın baş suqəbuledici qurğusu və Çəmənli kəndini mühafizə edən daş-beton bəndin zədələnmiş bəzi hissələri əsaslı təmir olunub, Girdiman çayının sol sahilində Lahıc qəsəbəsinin mühafizəsi üçün 118 p/m. daş-beton bənd tikilib.

 

Tarix
8 May 2015 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin