Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı

14:33 - 20 Mart 2023 - DÜNYA

Finlandiya ardıcıl altıncı il dünyanın ən xoşbəxt ölkəsi seçilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında deyilir.

Sənədi hazırlayarkən ekspertlər əsas komponentlərə diqqət yetirirlər: əhalinin gəlirləri, sağlamlıq, sosial dəstək, azadlıq səviyyəsi, səxavət və korrupsiyanın olmaması.

Qeyd olunur ki, 2023-cü ildə Finlandiya “rəqibləri” xeyli qabaqlayır. Skandinaviya ölkəsi ilə yanaşı, siyahıya Danimarka, İslandiya, İsrail və Niderland da daxildir.

İlk onluğa İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da daxildir. 

Eyni zamanda, Əfqanıstan (137-ci yer) və Livan (136-cı yer) dünyanın ən bədbəxt ölkələri kimi tanınıb.

Xəbər xətti