Keçmiş məhkumlar narkotiklə saxlanılıb

09:16 - 18 Mart 2023 - HADİSƏ

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri - əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə S.Sadıqovun yaşadığı ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub. Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Xəbər xətti