"Bu qərarın Rusiya üçün heç bir mənası yoxdur" - Zaxarova

19:51 - 17 Mart 2023 - DÜNYA

"Beynəlxalq Ədalət Məhkəməsinin “həbs”lə bağlı qərarlarının Rusiya Federasiyası üçün heç bir mənası yoxdur"

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova  Haaqa Məhkəməsinin dövlət başçısı Vladimir Putin barədə çıxardığı həbs orderinə münasibət bildirərkən deyib.
"Rusiya tərəfindən tanınmayan Haaqa Ədalət Məhkəməsi, Putin və Lvova-Belovanın “həbs edilməsi” üçün orderlər verdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin “həbs”lə bağlı qərarlarının Rusiya Federasiyası üçün heç bir mənası yoxdur, o cümlədən hüquqi nöqteyi-nəzərdən, onlar hüquqi cəhətdən etibarsızdır",  - Zaxarova bildirib.

Xəbər xətti