Abşeronda 2 mərtəbəli ev yandı

18:51 - 17 Mart 2023 - HADİSƏ

Abşeron rayonunda yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, rayonun Görədil kəndində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otaq, mətbəx və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti