Ana səhifə
24 Sentyabr 2018

Azərsun Holdinq mükafatlandırıldı - FOTOLAR

Bu gün Bakıda Beynəlxalq Kulinariya günü qeyd edilib. Milli Kulinariya assosiasiyasının təşkilatçılığı ilə keçən tədbirdə ötən ilin yekunları vurularaq, Azərbaycan Kulinarların fəaliyyəti, qazandığı yerli və beynəlxalq uğurlardan bəhs edilib.

 

Tədbirdə çıxış edən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Mərkəzin fəaliyyətinə həsr olunan hesabatla çıxış edərək, son 1 il ərzində Azərbaycan milli kulinariya komandasının qatıldığı beynəlxalq tədbirlər və bu çempionatlardan Azərbaycan adına qazanılar qızıl medallar, kubok və diplom mükafatlarından bəhs etmişdir. Sevindirici haldır ki, beynəlxalq səfərlərdə kulinarlarımız bir qayda olaraq yüksək keyfiyyəti ilə seçilən Azərsun Holdinq məhsullarından istifadə edirlər. İstər əsas yeməklərimizdə, istər salat və ya şirniyyatlarımızda, eyni zamanda milli mətbəximizin şahı olan plovun hazırlanmasında əvəzsiz olan Super Sun, Möcüzə, Zeytun Bağları və digər yağ məhsullarımız, heç şübhəsiz ki, kulinarlarımızın qazandığı uğurda böyük paya sahibdirlər. T.Əmiraslanov Azəsun Holdinqin yağ məhsulları ilə bərabər, Azərbaycanın müxtəlif regionlarında keçirilən Şəki Şirniyyat, Qəbələ Mürəbbə, Lerik Plov festivallarında Azərçay, Bizim Tarla, Şokki Mokki, Royal və digər məhsulların iştirakından bəhs etdi. Tədbirdə Azərsun Holdinq Milli mətbəximizin təbliğində dəstəyinə görə xüsusi diplom ilə təltif edilib.

Tarix
20 Oktyabr 2014 [19:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin