Ana səhifə
22 Oktyabr 2018

Qələbə günü «Mən gəldim qızlar»

Mayın 9-da Gənc Tamaşaçılar Teatrında 9 may Qələbə günü münasibətilə tədbir keçiriləcək.

 

 

 

Tədbir “1941- 1945 –ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezident sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək. Əvvəlcə səhnədə XX əsrdə  bəşəriyyətin ən dəhşətli dövrü olan 1941- 1945–ci illər müharibəsi haqqında çıxışlar olacaq. Daha sonra İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanmış “Mən gəldim qızlar” tamaşası nümayiş etdiriləcək. İkihissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova  canlandıracaqlar.

 

Rəqsanə

 

 

Tarix
7 May 2015 [23:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin