Ana səhifə
19 Noyabr 2018

İsmayıllı rayonunda yeni sənaye obyektləri tikilir

Velosiped istehsalı zavodunun, iri heyvandarlıq kompleksinin, hind toyuğu fabrikinin tikintisi rayonun iqtisadi potensialını artıracaq.

 

 

 

Biz çalışmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyükdür, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Bir daha demək istəyirəm ki, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bizə böyük uğurlar gətiribdir…Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üçün xüsusi konkret proqram olmasın. Hər bir istiqamət üzrə biz konkret iş cədvəli üzrə fəaliyyət göstəririk, hər istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı var, çox işlək icra mexanizmləri var. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı üçün bütün şərait yaradılıbdır». Buü sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. Uğurların əldə olunmasında regionların da öz rolu var. İsmayıllı rayonu  da istisnalıq təşkil etmir. Rayonun sosial-iqtisadi göstəriciləri hər il artır. 2014-cü ildə rayonda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində İsmayıllı sürətli inkişafını davam etdirib, böyük uğurlara nail olub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə 15 bölmədən ibarət 19 bənd nəzərdə tutulub. İlk gündən başlayaraq nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində ardıcıl tədbirlər görülür. İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə 23 sentyabr 2014-cü il tarixli “İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atıb. İnkişafa və yeniliyə start götürən rayonumuzda tikinti-quruculuq işlərinin həcmi ilbəil genişləndirilib. 2014-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunub. Şəhər ərazisində elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılıb, yerüstü rabitə kabelləri yeraltı kabellərlə əvəz olunub. Küçələrin səki daşları dəyişdirilib, səkilərə yeni üzlük daşlar döşənib. 2014-cü ildə rayonda ümumilikdə 19 min 465 kv. metr yaşayış evi tikilib istifadəyə verilib ki, bu da 2013-cü illə müqayisədə 6,9 min və ya 55 faiz çoxdur.

Heydər Əliyev Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulub, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının, Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılıb. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilib. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılıb. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülüb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilib və fasadı müasir memarlıq üslubunda təmir olunub. Nizami küçəsində “Soyqırım” abidəsi qoyulub, abidənin ətrafı abadlaşdırılıb. Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə tikilib. Şəhərin S.Ə.Şirvani küçəsi ilə Məhsəti küçəsinin arasında parkın tikintisi davam etdirilib.

Uzun müddət istifadəsiz qalmış keçmiş Yağ-pendir zavodunun ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması və satışı məqsədilə “Yaşıl market”in tikintisinə başlanıb.

Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilib. Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni bina tikilib istifadəyə verilib. Şəhər 3 saylı tam orta məktəb-liseyin əsaslı təmirinə başlanıb. Velosiped istehsalı zavodunun tikintisi davam etdirilib.

2014-cü ildə Keyvəndi kəndində iş adamı tərəfindən inşa olunan 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi davam etdirilib, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan hind toyuğu fabrikinin tikintisinə başlanıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 19 km olan İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilmiş, yolun 16 km. hissəsi asfaltlaşdırılıb və yol kənarı arxlar tikilib. 3 km. dağlıq hissədə tikinti işləri davam edib. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulub. Talıstan kəndinin giriş yolunun təmirinə başlanmış, 1 km. asfalt örtük vurulub.

İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilib. Il ərzində şəhərin 20 küçəsində, səkilərdə və çoxmənzilli binaların həyətlərində 156591 kv.metr yol əsası işlənərək asfalt örtük çəkilib. Şəhərin mərkəzi hissəsində inzibati binaların qarşısında və ətraf ərazilərdə abadlıq işləri görülüb, 1700 kv. metr qazon örtük yenilənib. Heydər Əliyev prospektində, M.F. Axundov, Nizami küçələrində müasir arxitektura və dizayn işləri həyata keçirilib.

Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərsalma prinsiplərinə xələl gətirən, dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, özəlləşdirilmiş istehsal və xidmət obyektləri mövcuddur. Bu obyektlər daha müasiri ilə əvəz olunması barədə mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılıb. Təəssüf ki, bu istiqamətdə hələ də əsaslı dönüş yaranmayıb.

İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Rayonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2-ci kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyində yeni körpülərin, Kürdmaşı, Talıstan, Təzəkənd, Diyallı, İstisu, Gəraybəyli kəndlərində kənd həkim məntəqələrinin tikilməsi, yeni təhsil müəssislərinin, uşaq bağçalarının tikilməsi, İsmayıllı şəhərinin müasir və sivil bir mərkəzə çevrilməsi üçün əsaslı işlərin görülməsi planlaşdırılıb.

2014-cü ildə rayon büdcəsinin gəlirləri 21 milyon 28 min manata qarşı, 20 milyon 279 min 970 manat icra olunub. Büdcə gəlirlərinin icrası 96,4 faiz təşkil edib. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 15 milyon 730 min manata qarşı 14 milyon 911 min manat, 95 faiz icra ediib. Yerli mənbələrdən daxilolmalar 5 milyon 298 min manata qarşı, 5 milyon 368 min 970 manat, yaxud 70 min 970 manat çox olmuşdur ki, bu da 101 faiz təşkil edib. 2014-cü ildə illik məxaric proqnozu 21 milyon 280 min manata qarşı 19 milyon 749 min 88 manat, yəni 1 milyon 278 min 912 manat kəsirlə icra edilib

 

Tarix
7 May 2015 [21:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin