Ana səhifə
18 Noyabr 2018

AB-nın xüsusi nümayəndəsinin Bakı səfəri başlayır

Zahir Oruc: “Avropa Birliyi ölkəmizə yönəlik öz siyasətini aydınlaşdırmalıdır”

 

 

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberinin Azərbaycana səfəri başlayır. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, H.Salberinin Azərbaycan rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır. Buna baxmayaraq ekspertlər indiki dönəmdə AB nümayəndəsinin Bakı səfərini münaqişənin həlli ilə bağlı heç də ümidverici hesab etmirlər.

Millət vəkili Zahid Oruc bildirdi ki, 1994-cü ildən Cənubi Qafqazı “maraq hədəfi” elan edən bu qurum regiondakı siyasətini aktivləşdirmək üçün külli miqdarda maliyyə vəsaiti xərcləyib. O hesab edir ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsinin bu səfəri bölgədəki vəziyyəti dəyərləndirməyə, şəraitlə tanış olmağa yönəlib. Bununla bu dövr üçün yürüdüləcək taktika seçilə bilər.Onun sözlərinə görə, Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyacaq.

 

“Düşünmürəm ki, biz bundan da irəliyə gedib Avropa Birliyi ilə daha yeni əlaqələrə can  atmış olaq. Çünki söylədiyimiz kimi ortada müxtəlif ölkələrin aqibəti var. Ukrayna, Moldovadakı vəziyyət göz qağağındadır. Ona görə də AB-nin nümayəndəsi bölgədə özünün yeni baxışlarını təqdim edəndən sonra məsələlər aydın olacaq”.

Z.Oruc bildirdi ki, Avropa Parlamentindən fərqli olaraq Avropa Birliyi daha humanist və daha ağıllıdır. “Bu da başa düşüləndir. Biri Nazirlər komitəsindən ibarət icra orqandır, o biri isə 28 ölkədən 751 parlamentarinin toplaşdığı müxtəlif mövqeləri müdafiə edən nümayəndələrdir. Ona görə də biz Avropa Parlamentinin heyfini Avropa Birliyindən ala bilmərik”.

 

Millət vəkili Avropa Birliyinin Qarabağ münaqişəsi ilə bağlı kursunun dəyişməyəcəyini dedi. Onun sözlərinə görə, bu da ümumi maraqlara zərbə vuran amildir. Ona görə ki, bölgədəki situasiya getdikcə Rusiyanın xeyrinə inkişaf edir. O, indiki Avropa Birliyinin “Marşal planı” ilə 6 ölkəni öz tərəflərinə cəlb eləmək və yaxın qonşuya çevirmək istəyində olduğunu dedi.  “Amma göründü ki, Avropa Birliyi yaxşı qonşu ola bilmədi. Bunlar daxildə nə qədər iqtisadi cəhətdən inkişaf etsələr də, dövlət-vətəndaş münasibətləri nə qədər əla qurulsa da, seçkili sistemlər formalaşdırsalar da,  infrastrukturu əla səviyyəyə çatdırsalar da xarici siyast məsləsində müttəfiqlərini bir o qədər meydanda tək qoyub gedirlər. Söhbət Ukraynadan gedir. Ona görə də ölkəmizin Avropa Birliyi ilə tam şəkildə iqtisadi-siyasi gələcəyini qurması ehtibarlı deyil. Azərbaycan Avropa Birliyi ilə üzvlüyə daha yaxından qərar verəcəyi halda Qarabağın itirilməsi bir az da sürətlənəcək. Təkcə ona görə yox ki, buna adekvat olan dairlər öz təsirlərini işə salacaqlar və münaqişəni alovlandıracaqlar, yox. Ən böyük bəla odur ki, Avropa Birliyi də bizimlə üzvük məsələsinə natamam halda yanaşır. Həmin qurum hesab edir ki, Azərbaycan əraziləri işğal olunmuş halda Avropa Birliyinə tərəfdaşlığa daxil olmalıdır. 29 noyabrda Azərbaycanın qarşısına qoyulan sənədlərin bir çoxunda da Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilmirdi. Onlar hesab edirlər ki, biz gedib ermənilərlə dil tapmalıyıq. Azərbaycanı bütöv halında qəbul etməyə hazır olan Avrasiya İqtisadi İttifaqı ilə müqayisədə Avropa Birliyi ölkəmizə yönəlik siyasətini aydınlaşdırmalıdır. Z. Oruc bütün bunlarla yanaşı belə bir gərgin dönəmdə Avropa Birliyinin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sərt münasibət sərgiləyəcəyinə də inanmadığını dedi.

 

T.Qafarlı

Tarix
20 Oktyabr 2014 [21:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin