Ana səhifə
14 Noyabr 2018

“Neftçi”də Ebola həyəcanı- Futbolçu yoxlanılır

Bildiyiniz kimi, Afrika qitəsində dəhşətli Ebola virusu hökm sürür. Artıq bir çox insan bu virusun qurbanı olub. Odur ki, Afrika ölkələrinin demək olar hamısında Ebola ilə mübarizə gedir. Avropa ölkələri də bu virusdan yan keçməyib ki, bu da səbəbsiz deyil. Çünki Afrika ölkələrindən bir çox insanlar Avropaya gəlib-gedir. Bu sırada futbolçular da üstünlük təşkil edir. Buna görə də bütün klublarda afrikalı futbolçular xüsusi nəzarətə götürülüb.

 

 

Ucnoqta.az” rekord.az-a istinadən  xəbər verir ki, "Neftçi"də analoji vəziyyət hökm sürür.

 

Belə ki, bu yaxınlarda Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən Syerra-Leone millisinin üzvü  Julius Vobay karantina alınıb. Bakıya çatan kimi futbolçu dərhal həkim müayinəsinə göndərilib. Düzdür, onda hər hansı bir virus aşkarlanmayıb. Ancaq bununla belə, hazırda Vobay "Neftçi" həkimlərinin ciddi nəzarətindədir və onu hər gün yoxlayırlar.

 

Maraq üçünq eyd edək ki, Vobayın millidəki komanda yoldaşı Con Kamaranın Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən futbolçu karantinə alınıb. Buna səbəb “qara qitə”də yayılan “Ebola” virusudu. Kamaraya 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib.

Tarix
20 Oktyabr 2014 [18:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin