Ana səhifə
25 Sentyabr 2018

Azərbaycanda restoranlara milli-etnik adlar veriləcək

Gələn ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən restoranlara milli-etnik adların verilməsinə başlanacaq.

 

Ucnoqta.azxəbər verir ki, SalamNews-a bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov deyib.

AMKM rəhbəri Mərkəzin planlarından danışarkən bildirib ki, oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Azərbaycan milli mətbəxi mövzusunda 300 nəfərlik auditoriya qarşısında mühazirələr oxunacaq.

T.Əmiraslanov onu da əlavə edib ki, noyabr ayının 19-27-də Moldovada onun yerli dildə çap olunmuş kitabının təqdimatı və Azərbaycan mətbəxi həftəsi keçiriləcək. Hazırda isə milli komanda Serbiyada baş tutacaq kulinariya çempionatına hazırlaşır. Eyni zamanda “Şah İsmayıl Xətai dövrü aşpazları” adlı kitab üzərində iş aparılır.

 

Tarix
20 Oktyabr 2014 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin