Ana səhifə
23 Sentyabr 2018

Bu gün "Dərs"in premyerasıdır VİDEO

Mayın 7-də, saat 19.00-da Nizami Kino Mərkəzində "Dərs" bədii filminin təqdimatı olacaq. Ucnoqta.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilib.

 

 

 

Uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

 

 

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

 

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.

 

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

 

 

Xəyal

Tarix
7 May 2015 [13:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin