Ana səhifə
19 Sentyabr 2018

Şahin Mustafayev “Audi”nin Bakı nümayəndəliyini yoxlatdırır

"Audi" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqliklər aşkar edilib.

 

Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyindən  verilən məlumata görə, bu fakt nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı məlum olub.

 

Məlumata görə, həmin reklamlarda "Audi" markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Audi hər zaman öndə", "Audi Q7 liderlik üçün yaradılıb", "Audi Q3 seqmentinin yeni etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

 

Bununla əlaqədar "Audi" avtomobillərinin satışını həyata keçirən "Europen Cars" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Tarix
20 Oktyabr 2014 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin