Ana səhifə
20 Noyabr 2018

Könüllə Kamranın filmi Beynəlxalq Festivalda – Foto

Rejissoru və ssenaristi Korhan Uğur olan, azərbaycanlı aktyor Kamran Ağabalayev və “Nargis” Nəşriyyat evinin, eləcə də “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyevanın baş rollarını oynadıqları “Tərk edilmiş” filmi Anadolu Qalasını Əskişəhər Beynəlxalq Film Festivalında iştirak edib.

 

 

 

Axar.az xəbər verir ki, dünən saat 14:00-da baş tutan Qala gecəsində rejissor Korhan Uğurla yanaşı azərbaycanlı baş rol aktyorları da iştirak edib.

 

Təqdimat mərasimi üçün ölkəmizdən Türkiyəyə gedən Könül Nağıyeva və Kamran Ağabalayev saat 18:00-da rejissorla birlikdə əskişəhərlilərlə görüşərək imza günü keçiriblər.

 

2008-ci ildə “Öldür məni” filminin rejissorluğunu edən və “Sağ salim” filminin ssenaristlərindən biri olan Korhan Uğurun ikinci filmi olan “Tərk edilmiş” mayın 15-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq.

 

Qeyd edək ki, “Tərk edilmiş” filmi Suriyadakı münaqişə nəticəsində Türkiyəyə qaçan və öz böyrəyini sataraq yoxsulluqdan çıxmağa çalışan qadının həyatı barədədir. Filmin sloqanı belədir: “Bəzilərinin bədbəxtliyi digərlərini xoşbəxt edir və biz buna insanlıq deyirik”.

Tarix
6 May 2015 [23:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin