Ana səhifə
26 Sentyabr 2018

“Cəngi” YUNESKO-nun caz festivalında- FOTO, VİDEO

Dünyada Caz Günü kimi qeyd edilən aprelin 30-nu YUNESKO daha təmtəraqlı edib.  Fransada Beynəlxalq Cazz Günü təşkil edən beynəlxalq qurumun əməkdaşları  Azərbaycandan “Cəngi” estrada folklor ansamblı,  eyni zamanda, İsraf Sarabski və Etibar Əsədlinin rəhbərlik etdiyi musiqiçiləri festivala dəvət edib. Müxtəlif dövlətlərdən peşəkar musiqiçilərin qatıldığı möhtəşəm tədbir Fransanın iri tutumlu “La Baiser Sale” Jaaz Klubunda baş tutub.

 

 

 

Yaradıcılıq səfərini yeni başa vuran “Cəngi”nin rəhbəri Mircavad Cəfərov vurğulayıb ki, farnsalı və əcnəbilər üçün musiqiçilərin müşayiəti ilə Telman Hacıyev, Rafiq Babayev, Ramiz Mustafayevin  bəstələri, fransız şanson səsləndirilib. Mahnıları solist Arzu Həsənli ifa edib.  M.Cəfərov isə tar və udda Fikrət əmirovun “Mən səni araram”, Cahangir Cahangirovun “Bana bana gəl” və fortepianoda duet ifanı etno caz şəklində təqdi medib.  Konsertdə həmçinin Mircavid Cəfərov, Vasif Hüseynli, Tural Qasımovun instrumental ifaları hərarətlə dinlənildi.

Əməkdar artist Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun dəstəyini xüsusi vurğulayıb. Qeyd edib ki, mayda “Cəngi”nin Fransa ilədaha bir əməkdaşlığı nəzərdə tutulub.

Qeyd edək ki, qrupun solisti Arzu Həsənli uzun illər Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun solisti olub. Hazırda fəaliyyətini “Çəngi” də davam etditən Azərbaycan Milli Konservatoriyasının məzunu fransız,ingilis, türk sənət musiqisi, muğam, estrada janrlarında peşəkar səviyyədə oxuyur.

Məlumat üçün bildirək ki, “Cəngi” estraqda folklor ansamblını mərhum sənətkarımız Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir. Qeyd edək ki, son iki ildə İsgəndər Ələsgərovun dəstəyi ilə ansabl rəqs kollektivi çərçivəsindən çıxıb həm də caz, estrada folklor, klassik muğam, etno caz janrlarında fəaliyyətini genişləndirdi.

Tarix
6 May 2015 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin