Ana səhifə
25 Sentyabr 2018

“Oyuq”un uğur marafonu- FOTO

Ucnoqta.az-ın məlumatına görə, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları yenidən həmyaşıdlarını sevindirəcək.

 

 

 

Belə ki, “Oyuq”çular mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, eləcə də Gül bayramı münasibətilə möhtəşəm konsert proqramı hazırlayıblar. Bakıda fəaliyyət göstərən bir sıra lisey və orta məktəblərin şagirdlərinin iştirak edəcəyi tamaşa-konsert barədə məlumat verən studiyanın pedaqoqu Səidə Haqverdiyeva balacaları sürprizlərin gözlədiyini də dedi: “Hər zaman həmyaşıdlarını öz istedad və bacarıqları ilə təəccübləndirməyi bacaran “Oyuq”çular bu dəfə həm maraqlı tamaşa, həm də yeni musiqi nümunələrindən ibarət rəngarəng konsert və səhnə geyimləri ilə balaca dostlarını təbrik edəcəklər.

Konsertin birinci hissəsində “Şahın xudpəsənd oğlu” tamaşasına baxacaqlar.  Daha sonra isə geniş konsert proqramı və rəqslər nümayiş olunacaq”.

Üç ildən artıqdır ki, fəaliyyət göstərən studiyanın mütəmadi konsert proqramı və tamaşalarla çıxışlar etdiyini deyən S. Haqverdiyeva növbəti tədbirin 28 may – Respublika günü ilə əlaqədar reallaşacağını dedi: “Azərbaycan xalqının həyatında xüsusi yer tutan təqvimlərlə bağlı tədbirləri ənənə halını alan studiya Respublika günü ilə də bağlı maraqlı proqram hazırlayıb. Azərbaycan nağıllarından seçmələrdən ibarət tamaşa uşaqlara tanıdıqları nağıl qəhrəmanlarını bir səhnədə görmək imkanı verəcək”.

Tarix
6 May 2015 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin