Ana səhifə
21 Noyabr 2018

Uşaqların «Dərs» filmi...

Müşfiq Hətəmov: “Kino sahəsində ən çətin iş prosesi uşaqlarla işləməkdir”

 

 

 

Rafiq Əliyev: “Filmi çəkməkdə əsas məqdəsimiz odur ki, uşaqlar köklərini unutmasınlar”

 

 

Mayın 7-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Dərs” filminin qala gecəsi keçiriləcək. Uzun fasilədən sonra uşaqlar üçün çəkilmiş film məktəb həyatından, məktəbli uşaqların qarşlıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. Filmin ssenari müəllifləri Elza Ağayeva, Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşcu operatoru Rauf  Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa məktəblilər çəkilib. Uşaqlardan əlavə, ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqları da rol alıb. Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin  keçirilməsi planlaşdırılır.

Film barədə “Üç nöqtə”yə danışan prodüser Müşfiq Hətəmov bildirdi ki, “Dərs” filmindən sonra uşaqlar üçün nəzərdə tutulan filmlərin hər il çəkilməsi planlaşdırılıb: “Tamaşçıların filmi necə qarşılayacağını qala gecəsində görəcəyik. Azərbaycanda uşaqların dəyişməsinə kömək edən, maarifləndirən, tərbiyələndirən və zövqlərinin formaşalmasına təsir edən filmlərin çəkilməsinə çox böyük ehtiyac var. Bununla əlaqədar, qərara gəlmişik ki, uşaqlar üçün hər il filmlər çəkilsin və “Dərs” filmi buna ilk nümunədir. Müxtəlif janrda filmlərin çəkilməsi, uşaqların aqressiyadan uzaq olması, mənfi informasiyaların bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılmasının qarşısını almaq üçün “Azərbaycanfilm” studiyası Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən belə bir film çəkdi. Bu film uşaqlarda müsbət enerjinin inkişafına kömək edəcək. Düşünürəm ki, bu tipli filmlərə çox ehtiyac olacaq. Əsasən də filmin qala gecəsində tamaşaçıların reaksiyasından çox şey asılıdır və mayın 7-də münasibətlərinin necə olacağını görəcəyik. Onu da deyim ki, ekran əsəri uşaqların bir-birinə münasibətində, intellektin onların həyatında rolu, insanın ətrafa münasibəti, həyatda xeyirin rolu və s. kimi xüsusiyyətlətlər filmin dili ilə uşaqların maaariflənməsinə xidmət edir”.

M.Hətəmov onu da dedi ki, “Dərs” filmi sırf Azərbaycan filmidir və filmdə millilik özünü göstərir: “Filmimiz türk və rus filmlərinə oxşamır. Filmdə əsas rolları uşaqlar canlandırıblar. Bildirim ki, kino sahəsində ən çətin iş prosesi uşaqlarla işləməkdir. Bu film çox çətinliklə çəkdik. Amma buna baxmayaraq, filmin nəticəsindən çox məmnunuq. Rejissorlar uşaqları seçmək üçün uzun müddət Bakının bütün məktəblərində axtarış etdilər. Film haradasa 1 il 2 aya başa gəldi, çəkiliş prosesi 3-4 ay davam etdi”.

“Dərs” filinin rejissoru Rafiq Əliyev isə qeyd etdi ki, ilk dəfə uşaqlar haqqında dövlət səviyyəsində film çəkilib: “Sovet dövründə filmlər kinolentlə çəkiləndə böyüklər üçün maksimimum üç dubl, uşaqlar üçün isə altı dubl verirdilər. Çəkiliş müddətində uşaqlara böyüklərə nisbətən daha çox vaxt verirdilər. Çünki uşaqlar professional aktyor deyillər və ekran əsərində professional görünmələri üçün onların üzərində çox işləmək lazımdır. Ona görə də uşaqlarla işləmək çox çətin və eyni zamanda, maraqlıdır. Uşaqların öz dünyaları, həyat haqqında təəssüratları var və onlar çox eksklüzivdirlər. Filmi çəkməkdə əsas məqdəsimiz odur ki, uşaqlar köklərini unutmasınlar. Soy-köklərini, böyüklərinə və tarixlərinə hörmət etməyi bilsinlər, onlara verilən adlara layiq olsunlar. Hər adın öz mənası var, həm ölkənin tarixi, həm də dini ilə uyğunluğu var. Adına, dininə, tarixinə layiq olmaldırlar və onları filmdə eşidəcəksiniz. Filmdə babanın dilindən bu sözlər qeyd edilir”.

Rejissor vurğuladı ki, filmin baş qəhrəmanı babadır: “Baba bizim kökümüzü, keçmişimizi təmsil edən obrazdır. Təbii ki, babanı müasir həyatla əlaqələndirmişik. Filmdə müasirlikdən qədimiliyə, qədimilikdən də gələcəyimizə qayıdırıq. Ən əsası, uşaqlar başa düşməlidirlər ki, haqsızlıq  heç yerdə keçmir, gec-tez haqq öz yerini tapır və insanlar bir-biri ilə mansibətdə çox səmimi, doğma kimi olmaldıırlar. Çünki bir vətəndə yaşayırıq.  Necə ki, bir evdə yaşayanlar bir-biri ilə doğmadırlar, bir rayonda, bir şəhərdə də biz öz evimizdəki kimi yaşamalıyıq”.

Filmin çəkilişindən danışan R.Əliyev qeyd etdi ki, çəkiliş zamanı heç bir problemlə üzləşməyiblər: “Heç bir texniki problem olmadı, çünki hər şey vaxtında təşkil olunmuşdu. Mən çox şadam ki, filmin prodüseri Müşfiq Hətəmov oldu. Onu da qeyd edim ki, “Dərs” filmində çəkilən profesional aktyor azdır. Bir-iki nəfər professional aktyor var və onlar da obrazı göstərmək üçün iştirak edirlər. Filmdə baş rolda baba, müəllimə, uşaqların valideynləri çəkilib və onlar ilk dəfədir ki, filmə çəkilirlər. Bu vaxta qədər heç biri ekran əsərində aktyor kimi çəkilməyiblər. 24-28 uşağın debütü olmaqla yanaşı, 4-5 aktyorun da debütüdür. Filmin ən ağsaqqal və qocaman iştirakçısı Azərbaycan yazıçılar Birliyinin məsul katibi Nazim İbrahimovdur. 82 yaşı var və filmdə baba obrazını canlandırır. Baba Azərbaycanın keçmişini və müasirliyini təlqin edən bir obrazdır».

 

 

Rəqsanə

Tarix
5 May 2015 [23:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin