Ana səhifə
23 Sentyabr 2018

“Bəzi şadlıq evləri boykot edilməlidir” - Firudin Ağasıoğlu

“Adı Azərbaycan dilində olmayan kafe, restoran və şadlıq evləri boykot edilməlidir”. 

Ucnoqta.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Dil Qurumu İctimai Birliyinin keçirdiyi tədbirdə tanınmış alim, filologioya elmləri doktoru, Firudin Ağasıoğlu deyib.

Onun sözlərinə görə, belə təkliflər vaxtaşırı səsləndirilsə də, heç kim buna əməl etmir: “Mənim yadımdadır ki, bir müddət əvvəl Xalq şairi Sabir Rüstəmxanlı da bu barədə çıxış etmişdi. Lakin onun bu təklifi elə söz olaraq qaldı. Biz elə bir vəziyyətdəyik ki, çox sərt addımlar atmaq lazımdır”.

Firudin Ağasıoğlunun dediklərinə cavab olaraq millət vəkili Sabir Rütsəmxanlı bildirib ki, şadlıq saraylarına “Afrodita”, “Kleopatra” kimi əxlaqsızların adlarını qoymağı tənqid etdiyinə görə, bəzi media orqanları tərəfindən qınaq hədəfinə çevrilib: “Mən heç bilməzdim ki, ölkəmizdə Afrodita və Kleopatranın bu qədər qohumu var”./AzNews.az/

Tarix
3 Oktyabr 2014 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin