Ana səhifə
21 Noyabr 2018

Məşhur rus müğənninin qızından Azərbaycana jest (FOTO)

 

Heç vaxt qalmaqallara qarışmayan Rusiya estrdasının sevilən müğənnisi Stas Mixaylovun azərbaycanlı pərəstişkarlarına xoş sürprizi olub.



Ucnoqta.azxəbər verir ki, bu dəfə özü deyil, onun 5 yaşlı qızı İvana diqqət mərkəzində olub. Belə ki, balaca qızcığaz Azərbaycan milli geymində xalq mahnımız "Sarı Gəlin"in sədaları altında rəqs edib. Onun rəqsini anası İnna Mixaylova videoya çəkərək öz instagram səhifəsində paylaşıb.

Videonun məhz 18 oktyabr - Azərbaycanın Müstəqillik günündə paylaşılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Stas Mixaylov "Forbes" jurnalının rəyinə görə Rusiya şou-biznesinin ən varlı sənətçisidir. Onun 2-4 may tarixlərində Heydər Əliyev sarayında anşlaqla konserti keçmişdi. Müğənni konsertdən sonra müsahibələrində Bakının gözəlliyinə və insanların qonaqpərvərliyinə heyran qaldığını bildirmişdi.(ANS PRESS)

Tarix
20 Oktyabr 2014 [22:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin