Ermənistanda qadınlar hərbi xidmət keçə biləcəklər - Paşinyan

14:06 - 9 Fevral 2023 - DÜNYA

"Biz qadınlara könüllü olaraq altı ay müddətinə hərbi xidmət keçmək imkanı veririk"

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, altı aydan sonra “Vətənin Müdafiəçisi” proqramı çərçivəsində qadın əsgərlər də müqavilə əsasında xidmətini davam etdirmək hüququ qazanacaqlar.

Müdafiə naziri Suren Papikyan qeyd edib ki, layihə artıq müzakirəyə çıxarılıb. “Qış çağırışına (dekabr 2023 – red.) vaxtında çatmaq üçün əlimizdən gələni edəcəyik, çünki infrastruktur baxımından yay çağırışına vaxtımız olub-olmayacağını deyə bilmərəm”, - deyə o bildirib.

Paşinyan isə qadınlar üçün yeni infrastrukturlar yaradılmalı olduğunu vurğulayıb.

Xəbər xətti